Bakının Sabunçu rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 29 sentyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Ümumi sahəsi 160 kv.m olan birmərtəbəli evə bitişik sahəsi 20 kv.m sanitar qovşağı və köməkçi tikilinin yanar konstruksiyaları yanıb. Xəsarət alan olmayıb.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb. Bitişik ev yanğından mühafizə olunub.