Bakının Sabunçu rayonunda yerləşən vaqon tipli evdə yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 11 dekabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Ümumi sahəsi 35 kv.m olan vaqon tipli evin yanar konstruksiyaları 28 kv.m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.