Bakının Sabunçu rayonunda gənc oğlanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 21 oktyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
İki avtomobilin toqquşması nəticəsində 21 yaşlı Mikayıl Mikayılov xəsarət alıb. O, təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.