Bakının Sabunçu rayonunda yerləşən sexdə avtomobil yanıb. Bu haqda bu gün, 16 yanvar tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Avtomobil təmiri sexində təmirə dayanan “Daewoo” markalı avtomobilin salonu qismən alışıb. Əraziyə FHN-in əməkdaşları cəlb olunublar.
Avtomobilin qalan hissəsi və sex yanğından mühafizə olunub. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.