Kürdəxanıda baş verən qəza nəticəsində 2 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb. Bu haqda BakuPlus.az bu gün, 4 mart tarixində Daxili İşlər Nazirliyinə istinadən məlumat verir.
Hadisə martın 3-ü saat 20:00 radələrində qəsəbə ərazisində qeydə alınıb. Burada E.Süleymanovun idarə etdiyi “VAZ-21011” və İ.Əzizovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Əzizov hadisə yerində, “VAZ”-ın sərnişini Muqumov isə xəstəxanaya aparılarkən yolda ölüblər. Hər iki avtomobildə olan 4 nəfər isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.