Sabunçu rayonu ərazisində evlərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. Bu haqda bu gün, 10 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı rayon ərazisində 10-a yaxın evdən oğurluq edən Babək Məmmədov və Telman Əliyev tutulublar. Onların təmir-tikinti və məişət əşyaları oğurladıqları müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.