Paytaxtın Sabunçu rayonunda yeniyetmə qız itkin düşüb. Bu haqda bu gün, 4 fevral tarixində Report məlumat verib.
Fevralın 2-də 15 yaşlı Sevanə İskəndərova heç kəsə bir söz demədən evdən çıxıb və bir daha geri qayıtmayıb.
Axtarış tədbirləri Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilir.