Sabunçu rayonunda ikimərtəbəli binada yanğın olub. Bu haqda bu gün, 30 yanvar tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma ümumi sahəsi 200 kv.m olan 6 otaqlı evin 2-ci mərtəbəsində başlayıb. Nəticədə 1 otaqda 1 ədəd yumşaq mebel dəsti yanıb. Yüksək temperaturdan 1 ədəd kondisioner və 1 ədəd televizor qarsalanıb. 1 nəfər xəsarət alıb. Evin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.