Sabunçu rayonunda məişət avadanlıqları yanıb. Bu haqda bu gün, 16 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma ümumi sahəsi 200 kv.m olan marketdə qeydə alınıb. Nəticədə 5 ədəd məişət avadanlığı və rəflərə yığılan ərzaq malları 50 kv.m sahədə yanıb. Həmçinin lambirdən ibarət tavan 50 kv.m sahədə əriyib. Marketin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.