Bakı sakini qətlə yetirilib. Bu barədə Bakuplus.az 13 oktyabr tarixində Daxili İşlər Nazirliyinə (DİN) isitnadən xəbər verir.
Hadisə bu gün Sabunçu rayonunun Bakıxanov qəsəbəsində baş verib. Polisə 35 yaşlı Elməddin Hüseynovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə məlumat daxil olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən 39 yaşlı Nəsimi Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb. Qətlin şəxsi münasibətlər zəminində törədildiyi bildirilir.
Araşdırma aparılır.