Bakının Sabunçu rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 7 fevral tarixində Report məlumat verib.
43 yaşlı Səbinə Hacıyeva yolu keçərkən onu avtomobil vurub. Qadın təcili tibbi yardımın köməkliyi ilə qabırğaların sınığı və döş qəfəsinin küt travması ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.