Sabunçu rayonunda avtomobil dəmir yolu xəttinə çıxıb. Bu haqda bu gün, 23 noyabr tarixində Bakuplus.az Azərbaycan Dəmir Yollarına istinadən xəbər verir.
“Mercedes” markalı avtomobil yüksək sürətlə hərəkətdə olan zaman Pirşağı stansiyasının 31-ci kilometrliyində uzunluğu təxminən 15 metr olan 4 ədəd çəpəri yerindən çıxararaq dəmir yolu xəttinə çıxıb. Nəticədə infrastruktura ziyan dəyib, dəmir yolu xəttində hərəkətə ciddi maneə yaranıb.
Qurum piyada və sürücülərdən daha diqqətli olmalarını xahiş edir.