Bakının Sabunçu rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 5 dekabr tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
İki avtomobilin toqquşması nəticəsində 23 yaşlı Emin Ələkbərli yaralanıb. Gənc təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya aparılıb və həkim nəzərətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.