Sabunçu rayonunda yerləşən yaşayış evində yanğın olub. Bu haqda bu gün, 30 may tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Hadisə Ə.Əliyev küçəsində baş verib. Alışma birmərtəbəli dördotaqlı evdə başlayıb. Nəticədə ümumi sahəsi 100 kv.m olan tikilinin 1 itağı 30 kv.m sahədə, mətbəxi isə 9 kv.m sahədə yanıb. Ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.