Sabunçu rayonunda yaşayış binası yanıb. Bu haqda bu gün, 21 iyun tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma yaşayış binasının 7 və 8-ci mərtəbələri arasında qeydə alınıb. Nəticədə 1 ədəd divan yanıb, yüksək temperaturdan 8-ci mərtəbənin şaxtasının qapısı və liftin düymələri əriyib. Tüstülənmiş mənzillərdən 5-i uşaq olmaqla 25 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.