Sabunçu rayonunda anasının sevgilisini bıçaqlayan şəxsə hökm oxunub. Bu haqda bu gün, 1 dekabr tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Sabunçu Rayon Məhkəməsinin qərarı ilə Habil Səmədov (şərti) 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Qərardan narazı qalan zərərçəkmiş Şakir Əkbərov (şərti) apellyasiya şikayəti verib, ancaq Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.
Ötən ilin noyabr ayında Şakir Əkbərov və Habil Səmədov arasında mübahisə yaranıb. Buna səbəb isə təqsirləndirilən şəxsin anasına qarşı Habil Səmədov tərəfindən edilən lüzumsuz təhdidlər olub. Nəticədə Habil mətbəxdən bıçaq götürərək Şakirə 2 bıçaq zərbəsi vurub və onu yaralayıb.