Bakının Sabunçu rayonunda dörd avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib. Bu haqda fevralın 15-i axşam saatlarında Report məlumat verib.
Bakıxanov qəsəbəsi ərazisində “Lada” markalı avtomobilin sürücüsü idarəetməni itirərək 3 avtomobilə çarpılıb. Bütün nəqliyyat vasitələrinə ciddi maddi ziyan dəyib.
Hadisənin təfərrüatları araşdırılır.