Bakının Sabunçu rayonunda tapança satmaq istəyən şəxs tutulub. Bu haqda bu gün, 17 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri tədbir nəticəsində Vüsal Əzimov saxlanılıb. Onun üzərindən “Naqan” markalı tapança və 3 ədəd patron aşkar edilərək götürülüb.
Əzimov silahı bir neçə ay əvvəl əldə etdiyini, satmaq məqsədilə özündə saxladığını bildirib. Fakt araşdırılır.
[caption id="attachment_91018" align="alignnone" width="640"]
Foto DİN-nin mətbuat xidməti[/caption]