Sabunçu rayonunda narkokuryerlər tutulub. Bu haqda bu gün, 6 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Keçirilən əməliyyat zamanı əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Akşin Rüstəmov, Vüqar Mehtiyev, Böyükağa Məmmədov və Nail Şükürov saxlanılıblar. Onlarda 7 kiloqram heroin, marixuana və metamfetamin aşkarlanıb.
Keçirilən digər əməliyyat zamanı 3 “Makarov” tapançası, 1 “Kalaşnikov” avtomatı, 4 daraq və 27 patron silah tapılıb.
Faktlarla bağlı araşdırmalar aparılır.