Sabunçu rayonunda avtomobil piyadanı vurub. Bu haqda bu gün, 24 avqust tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun Yavər Əliyev küçəsində baş verib. “Hyundai” markalı avtomobil hərəkətdə olan zaman idarəetmədən çıxıb və piyada keçidindən keçən qadını vurub. Nəticədə sonuncu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.