Sabunçu rayonunda qətl hadisəsi baş verib. Bu haqda bu gün, 30 may tarixində Bakuplus.az Baş Prokurorluğa istinadən xəbər verir.
48 yaşlı Ruhiyyə Tahirova aralarında yaranmış mübahisə zamanı tanışı, 38 yaşlı Samir İsrəfilovu bıçaqla qəsdən öldürməkdə şübhəli bilinir.
O, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Barəsində cinayət işi açılıb. Araşdırmalar davam edir.