Sabunçu rayonunda tullantılar qanunsuz yandırılır. Bu haqda bu gün, 28 iyul tarixində Bakuplus.az Ekologiya Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayonun Pirşağı qəsəbəsində baş verib. Xəzər sahili zolağında fəaliyyət göstərən "Həyat" istirahət mərkəzinin tullantıları bir araya yığaraq qanunsuz yandırdığı aşkarlanıb. Sahibkar olan İsgəndər Sadıxov qanuna uyğun olaraq, məsuliyyətə vəlb olunub.
Araşdırmalar davam edir.