Sabunçu rayonunda ruhi-əsəb xəstəsi olan kişi itkin düşüb. Bu haqda bu gün, 17 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayonun Balaxanı qəsəbəsi, Həsən Əliyev küçəsində baş verib. 53 yaşlı Qəhrəman Məmmədov 14 iyul tarixində yaşadığı evdən çıxıb və ondan bir daha xəbər almaq mümkün olmayıb.
Qəhrəman Məmmədov evdən çıxarkən əynində göy rəngli cins şalvar, yaşıl rəngli qısaqol köynək və qara rəngli ayaqqabı olub. Boyu 175 sm, saçlarının rəngi ağ, gözlərinin rəngi qəhvəyidir. Q.Məmmədov arıq bədən quruluşludur. Yaxınlarının polisə verdiyi məlumata görə, itkin düşən şəxs ruhi-əsəb xəstəsidir və Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən ruhi-əsəb dispanserində qeydiyyatdadır.