Sabunçu rayonunda narkotacir saxlanılıb. Bu haqda bu gün, 25 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
39 yaşlı Anar Məcidov narkotiklərin dövriyyəsi ilə məşğul olduğu üçün saxlanılıb. Onun üzərindən və evindən 5 kiloqramdan artıq marixuana tapılıb. O, ifadəsində bir müddət əvvəl bağ sahəsində çətənə bitkiləri əkdiyini deyib.
A.Məcidov əvvəllər də narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olduğu üçün məhkum edilib.