Bakının Sabunçu rayonu, Pirşağı körpüsündə xəsarətlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 13 iyun tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
"Tofaş" markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi beton maneyə çarpılıb. Sürücü yüngül xəsarət alıb.
Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunublar. Avtomobil cərimə meydançasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
[video width="400" height="500" mp4="https://bakuplus.az/storage/photos/2023/06/c8933c6932d57078d27bf2181fe9c98d1.mp4"][/video]