Sabunçu rayonunda yük maşını yanıb. Bu haqda bu gün, 24 aprel tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma “ZİL” markalı avtomobildə qeydə alınıb. Nəticədə maşının kabinəsi tamamilə yanıb. Nəqliyyat vasitəsinin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.