Sabunçu rayonunda intihar hadisəsi baş verib. Bu haqda bu gün, 4 iyul tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
Hadisə rayonun Əhməd Cavad küçəsində baş verib. 68 yaşlı Vasiliy Strekalov yaşadığı evin damından özünü asıb. Onun asılmış meyitini ailəsi aşkar edib. Mərhumun xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.