Paytaxtın Qaradağ rayonu, Sahil qəsəbəsində yaşayış 2 evi yanıb. Bu haqda bu gün, 6 yanvar tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ümumi sahəsi 52 kv.m olan birmərtəbəli taxta ev tamamilə kül olub. Alov evə bitişik ümumi sahəsi 100 kv.m olan digər tikiliyə keçərək onun tavanını 30 kv.m sahədə zədələyib. Bitişik evin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.