Qaradağ rayonu, Sahil qəsəbəsində mağazadan oğurluq edilib. Bu haqda bu gün, 12 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Keçirilən əməliyyat zamanı Pərviz Hacıyev qəsəbə ərazisində yerləşən mağazaların birindən 2000 AZN dəyərinə qol saatları oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Onun barəsində araşdırmalar davam edir.