Bakının Qaradağ rayonu, Sahil qəsəbəsində bıçaqlanma olub. Bu haqda bu gün, 30 may tarixində APA məlumat verib.
Qısqanclıq zəminində aralarında yaranmış mübahisə nəticəsində yerli sakin Elvin Cavadov 9 mərtəbəli binanın damında tanışı Rəfail Əhmədovu bıçaqlayıb.
Cavadov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.