Sirkə turşusu ölümə səbəb olub. Bu haqda bu gün, 5 dekabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Oğuz rayonunun Qumlaq kənd sakini, 37 yaşlı Rəhman Hacıyev noyabr ayında ehtiyatsızlıqdan sirkə turşusu içmişdi. O, müalicəsini davam etdirmək üçün Bakıya gətirilmişdi. Həkimlərin səylərinə baxmayaraq, R.Hacıyev ötən gün xəstəxanada vəfat edib.
Faktla bağlı araşdırmalar davam edir.