Polis Yasamal rayonunda soyğunçuluq edən qadını saxlayıb.
Bu barədə Bakuplus.az-a DİN mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Yasamal rayonu ərazisində bir yeniyetməyə zor tətbiq edən qadının onun 50 manatını talaması barədə polisə məlumat daxil olub.
Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 24 yaşlı L.Xudaverdiyeva müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.