Bakı sahillərində suiti meyitləri aşkarlanıb. Bu haqda bu gün, 10 dekabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Keçirilən monitorinqlər zamanı Xəzər dənizinin Novxanı, Goradil və Şüvəlan sahillərində ümumilikdə 4 suiti cəsədi aşkar olunub.
Hazırda onların ölüm səbəbi araşdırılır. İctimaiyyətə geniş məlumat veriləcək.