Sumqayıtda itkin düşən oğlan Bakıda tapılıb. Bu haqda bu gün, 18 oktyabr tarixində Bakuplus.az Baku.ws-ə istinadən xəbər verir.
13 yaşlı Ömər Yaqubov 6 gün öncə “Stansiya Sumqayıt” adlanan ərazidə itmişdi. Bu gün o, Bakıda, metronun “Nizami” stansiyası yaxınlığında tapılıb. Onu yoldan keçən sakin sosial şəbəkədə şəklini görüb deyə tanıyıb. Həmin şəxs uşağın atası ilə əlaqə saxlayıb və uşağı valideyninə təhvil verib.
Ömər eşitmə və nitq qüsurludur, həmçinin onun yaddaş zəifliyi də var.