Suraxanı rayonunda avtomobil yeniyetməni vurub. Bu haqda bu gün, 12 oktyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
10 yaşlı Təbriz İsgəndərli avtomobil yolunu keçən zaman onu nəqliyyat vasitəsi vurub. Nəticədə piyada qapalı kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.