Suraxanı rayonunda yeniyetmə yol qəzasına düşüb. Bu haqda bu gün, 18 iyul tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Adıçəkilən rayon ərazisində 2 avtomobil toqquşub. Nəticədə 16 yaşlı Namik Tarverdiyev xəsarət alıb. O, açıq kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.