Bakının Suraxanı rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 10 oktyabr tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
26 yaşlı Ramiz Sabakarov təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya aparılıb. Xəstəxanada ona açıq kəllə-beyin travması və müştərək travma diaqnozu qoyulub.
Hadisənin təfərrüatları araşdırılır.