Paytaxtın Suraxanı rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb. Bu haqda BakuPlus.az Suraxanı rayon prokurorluğuna istinadən bu gün, 4 iyul tarixində xəbər verir.
İyulun 3-ü saat 18 radələrində 37 yaşlı Aynurə Əliyarova paytaxtın Suraxanı rayonu ərazisində yaşadığı ünvanda xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalar nəticəsində zərərçəkmişin tanışı, 44 yaşlı Sahil Məmmədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Aynurə Əliyarovanı qəsdən öldürməyə cəhd etməsi müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb. Sahil Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İstintaq tədbirləri davam etdirilir.