Suraxanı rayonunda yaşlı qadın xilas edilib. Bu haqda bu gün, 13 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
80 yaşlı qadın doqquzmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində bağlı qapı arxasında qalıb. FHN-in əməkdaşları əraziyə cəlb olunaraq mənzilə pəncərədən daxil olub və qadını halsız vəziyyətdə tapıblar.
Yaşlı qadın təcili tibbi yardım briqadasına təhvil verilib.