Bakıda külli miqdarda qanunsuz siqaretlər aşkarlanıb. Bu haqda bu gün, 20 aprel tarixində Bakuplus.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Suraxanı rayonu ərazisində keçirilən tədbirlər zamanı aksiz markası olmayan ümumilikdə 2377 qutu müxtəlif adda xarici markalı siqaretlər aşkar edilərək dövriyyədən çıxarılıb.
Faktla bağlı araşdırmalar davam edir.