Bakının Suraxanı rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 14 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Adıçəkilən rayon ərazisində iki avtomobil toqquşub. Qəza nəticəsində 35 yaşlı Ramil Əliyev xəsarət alıb. O, xəstəxanaya çatdırılıb.
Hazırda araşdırma aparılır.