Suraxanı rayonunda avtoxuliqanlıq edən şəxs tutulub. Bu haqda bu gün, 4 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Turan Cəbrayılov 77-AK-984 nömrəli "Chevrolet” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etdiyi üçün polis əməkdaşları tərəfindən saxlanılıb. Məhkəmənin qərarı ilə o, 1 il müddətinə sürücülük hüququndan məhrum edilib və 15 sutka inzibati qaydada həbs olunub.