Suraxanı rayonunda yerləşən yaşayış binasında yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 14 avqust tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Hadisə beşmərtəbəli binanın zirzəmisində yerləşən və ümumi sahəsi 60 kv.m olan anbarda qeydə alınıb. Nəticədə ərzaq məhsulları 30 kv.m sahədə, eləcə də elektrik kabeli alışıb. Anbarın digər hissələrinə və ətraf əraziyə ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.