Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində intihar hadisəsi baş verib. Bu haqda bu gün, 29 aprel tarixində Bakuplus.az Lent.az-a istinadən məlumat verir.
Qəsəbə sakini, 23 yaşlı Hüseyn Məmmədov yaşadığı evin həyətində özünü asıb. Onun nəşini ailə üzvləri aşkar ediblər.
Gəncin hansı səbəbdən intihar etdiyi məlum deyil. Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.