Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində bir neçə avtomobilin iştirakı ilə yol qəzası baş verib. Bunu əks etdirən videogörüntülər bu gün, 22 may tarixində sosial şəbəkələrdə yayılıb.
İdarəetməni itirən “Mercedes-Benz” markalı avtomobilin sürücüsü yol kənarında dayanan “KİA”, “Hyundai”, “Chevrolet” və “Toyota Prius” markalı minik avtomobillərinə çarpılıb.
Xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.
[video width="1280" height="720" mp4="https://bakuplus.az/storage/photos/2023/05/video_2023-05-22_13-36-26.mp4"][/video]