Suraxanı rayonunda kişini elektirk cərəyanı vurub. Bu haqda bu gün, 27 iyul tarixində Bakuplus.az Baş Prokurorluğa istinadən xəbər verir.
Hadisə rayonun Bülbülə qəsəbəsində baş verib. 44 yaşlı Asəf Nəsrullayev yaşadığı evin yaxınlığında elektrik naqilini təmir edərkən onu cərəyan vurub. Nəticədə kişi hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırmalar başlanılıb.