Bakının Suraxanı rayonunda yaşayış binasında yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 15 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Alışma dördmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində qeydə alınıb. Ümumi sahəsi 84 kv.m olan 2 otaqlı mənzilin bir otağının yanar konstruksiyaları 20 kv.m sahədə yanıb. Həmçinin yüksək temperaturdan mənzilin dəhlizi 8 kv.m sahədə qarsalanıb və 3-cü mərtəbədə yerləşən mənzilin plastikdən ibarət pəncərəsi əriyib.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın zamanı 10 sakin təxliyə edilib. Mənzillərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.