Suraxanı rayonunda yol qəzası baş verib. Bu haqda bu gün, 18 iyul tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Adıçəkilən rayon ərazisində 2 avtomobil toqquşub. Nəticədə 35 yaşlı Anar Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.