Suraxanı rayonunda avtoqəzada ölən olub. Bu haqda bu gün, 27 iyul tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun Hövsan yolunda baş verib. "BMW" markalı avtomobil hərəkətdə olan zaman idarəetmədən çıxıb və “Mitsubishi”yə çarpılıb. Nəticədə birincinin sərnişini hadisə yerində dünyasını dəyişib. Sonuncunun sürücüsü isə ağır xəsarət alıb.
Faktla bağlı araşdırmalara başlanılıb.