Paytaxtın Suraxanı rayonunun eyniadlı qəsəbəsində bıçaqlanma hadisəsi baş verib. Bu haqda bu gün, 10 aprel tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
24 yaşlı Mirtofiq Seyidov naməlum şəxslə mübahisə edən zaman bıçaq zərbələri alıb. O, yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.